Hava limanında bomba zarafatı
Movqe.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərində, bir sərnişinin baqajda bomba olduğu istiqamətində zarafat etməsi səbəbilə Beynəlxalq Hava limanı qismən boşaldılıb. "Taca" hava limanından bilet alan 63 yaşlı Quatemalalı sərnişin Alejandro Hurtadonun bomba zarafatı ona baha başa gəlib. Şirkət rəsmilərinin baqajından hər hansı bir zərərli vəsait olub olmadığını soruşduğu yolçunun, dinamit'' olduğunu söyləməsi ilə polisə xəbər verilib. Polisin çantasını axtardığı, lakin bomba tapa bilmədiyi sərnişin zarafat etdiyini bildirib. 63 yaşlı sərnişin nəzarətə alınıb. Bu vaxt qismən boşaltma səbəbiylə təyyarə saatlarında gecikmələr və axsamalar olduğu qeyd edilib.