Əlaqə Arxiv
news Image
2012.11.29
12:37
| A A A
Hər gün 200 nəfərə HIV virusu yoluxur

Movqe.az xəbər verir ki, Rusiya QİÇS Araşdırma Mərkəzinin açıqladığı məlumatlara görə ölkədə HIV virusuna tutulanların sayı 2012-ci ild 12,5 faiz artıb. Ölkədə hər gün orta hesabla 200 nəfərin bu virusdan xəstələndiyi qeyd edilib. Mərkəzin sədri Vadim Pakrovski vəziyyətin həyəcan verici olduğunu, tədbir alınmaması təqdirdə növbəti il əlavə 70 min nəfərin də AIDS halı ilə qarşılaşacaqlarını söyləyib. 2012-ci ilin ilk 10 ayında 50 min belə halın təsbit edildiyini deyən Pakrovski, "Bu da orta hesabla gündə 200 nəfərin AIDS olduğu mənasını verir" söyləyib.

Sizin Reklam Yeriniz