Movqe.az xəbər verir ki, Rusiya Parlamentinin aşağı palatası "Qiyamət tarixi yaxındır" kimi xəbərləri təxribat adlandıraraq, bütün media qurumlarına qiyamət söz-söhbətinə son vermələrini söyləyib. Palatanın: çağırış məktubunda belə deyilib: "Rusiya Parlamenti bütün mətbuat quruluşları rəhbərlərinə çağırış edərək xalqın 21 dekabr qiyamət günüylə qorxudulmamasını tələb edir. Dünyanın sonu gələcəyinə dair əsazsız iddia Elm Komitəsi tərəfindən araşdırılmışdır. 21 dekabrda belə bir hadisənin olmayacağı kimi, sonrakı tarixlərdə də belə hadisə gözlənilmir. Rus mediasının bu mövzunu tiraj artırmaq düşüncəsiylə xəbər etməsi, zərərli bir təxribat halı almağa başlamışdır ".Son aylarda Rusiyadakı yoxsul və varlılar, ola biləcək qiyamət gününə eyni dərəcədə inanaraq, büdcəsinə görə fərqli hazırlıqlar edir. Xüsusilə şəhərətrafı bölgələrdəki rus əhalisi qiyamət gözləyişiylə dövlətin əsas istehlak malları proqramını tükətmiş vəziyyətdədir. Qiyamət günü hazırlıqlarını Altay bölgəsi daha çox meyillidir. Buradakı xalq mağazalarda duz, şəkər, un və kibrit qoymayıb. Qiyamət gününün yaxınlaşdığına varlı kütlə də inanır. Paytaxt Moskva ətrafında möhtəşəm villaları olan zənginlər yer altında sığınacaqlar inşa etdirir. "Gec olmadan qiyamət gününə hazırlanın" şüarıyla zənginlərə xidmət verən sığınacaq inşa edən şirkətlər də meydana gəlib. Rusiyada qiyamət gününə inanan varlılarla kasıblar arasındakı fərq, zənginlərin sığınacaqlarına bütün konservlərin Avropadan gətirilməsidir.