Əlaqə Arxiv
news Image
2012.11.30
14:35
| A A A
Azərbaycan xalq artisti dəm qazından zəhərlənib

Xalq artisti Rafiq Əzimov dəm qazından zəhərlənib.

Bu barədə APA-ya aktyorun özü məlumat verib.

Aktyor bildirib ki, hadisə bu gün səhər hamamda yuyunarkən baş verib: "Duzdu, huşumu itirmədim, amma halım pisləşdi. Dərhal yoldaşım, oğlanlarım, qonşular köməyə gəldilər, həkim çağırdılar".

Aktyor hazırda Mərkəzi Gömrük Hospitalında müalicə aldığını deyib: "Zəhərlənmənin nə dərəcədə olduğunu yoxlamaq üçün analiz götürüblər. Vəziyyətim yaxşıdır. Bütün tamaşaçılarıma salam deyirəm. İnşallah qısa zamanda sağalıb ayağa qalxacağam".

Sizin Reklam Yeriniz