Əlaqə Arxiv
news Image
2012.11.30
15:00
| A A A
Benzinlə özünü yandırdı
Movqe.Az bildirir ki, Almaniyanın Köln şəhərində dünən bir ailə facisəsi yaşanıb. Afrika ölkəsindən Qambiya mənşəli 35 yaşlı Dauam C.-nin neçə vaxtdır ayrı yaşadığı həyat yoldaşıyla problemləri olub. Əsəbləşən Dauam benzin stansiyasından bidonla benzin alıb. Sonra isə bədənini yandırmaq üçün supermarketə gedib. Müştərilər supermarketdən alver edərkən, Dauam C. bidondakı benzini üstünə tökməyə başlayıb. Marketin ortasından sürətlə qaçmağa başlayan Dauam, kassanın qarşısındakı alışqanların birini götürərək bədənini atəşə verib. Qorxudan qışqıran müştərilər əvvəl nə edəcəklərini bilməyiblər. Ancaq market işçiləri özünü yandıran adamın üzərinə ədyal və su ataraq söndürməyə çalışıblar. Ağır şəkildə yaranan 35 yaşlı Dauam C, ilk yardım tərəfindən xəstəxanaya aparılıb. Gənc adam xəstəxanada ölüm-qalım mübarizəsi verərkən, ayrı yaşadığı həyat yoldaşı əriylə aralarında problemlər olduğunu söyləyib. Gənc qadın, Dauam C.nin hadisədən əvvəl evlərinə gəldiyini və 9 yaşındakı oğuluna baş çəkdiyini bildirib. Gənc qadın, ərinin, "Mən öləcəyəm, zehərlənmişəm." deyərək evdən getdiyini söyləyib.
Sizin Reklam Yeriniz