Əlaqə Arxiv
news Image
2012.12.03
16:40
| A A A
Sloveniya yeni Prezidentini seçdi
Movqe.Az bildirir ki, Sloveniyadakı Prezident seçkilərini keçmiş Baş Nazir Borut Pahor qazanıb. Səslərin 67,4 faizini yığan Pahor, ölkənin dördüncü Prezidenti olub. Sloveniya Dövlət Seçki Komissiyasının açıqladığı nəticələrə görə, seçkinin ikinci turunda keçmiş Baş Nazir Borut Pahor 67,4 faiz səs, Prezident Danilo Turek isə səslərin ancaq 32,5 faizini yığıb. Bu nəticə ilə Borut Pahor, Milan Kuçan, Yanez Drnovşek və Danilo Tuerkdən sonra Sloveniyanın dördüncü prezidenti seçilib. Seçkilərdə iştirak nisbəti 42 faiz olub. Seçkilərdə iştirakın aşağı olmasının səbəbi, havanın pis olması və Sloveniya vətəndaşlarının demokratik prosesi və dövlət təşkilatlarına qarşı olan etibarsızlıq kimi qiymətləndirilir. Köhnə Yuqoslaviyadan ayrılaraq 1991-ci ildə müstəqilliyini elan edən Sloveniyada bu səhər 3 min 300 seçki məntəqəsində təxminən 1,7 milyon seçici ölkənin yeni Prezidentini seçmək üçün sandıq başına gedib.
Sizin Reklam Yeriniz