Əlaqə Arxiv
news Image
2012.12.04
16:20
| A A A
Mars və Ayda bitki yetişdirəcək?
Movqe.az xəbər verir ki, Çin, Mars və ya Ayda bitki yetişdirməyi planlaşdırır. Qapalı bir mühitdə, insan və bitki arasındakı oksigen, karbon və suyun balanslı dinamikasına fokuslanan bir təcrübə keçirilib. Təcrübədə iştirak edən iki astronavt üçün su, qida və hava qaynağı təmin etmək üçün Ayın səthindən götürülmüş nümunə ilə 300 kub metrlik kapsula hazırlanıb. Astronavtlar üçün kapsulada dörd tərəvəz növü yetişdirilib. Çin Astronomiya Mərkəzində edilən təcrübədə, TanqYonqkanq və Mi Tao adlı astronavtlar,'' Çox yaxşı vaxt keçirdiklərini'' bildiriblər. Çində ilk dəfə edilən təcrübə, ölkənin kosmos proqramı baxımından əhəmiyyət daşıyır.
Sizin Reklam Yeriniz