Əlaqə Arxiv
news Image
2012.12.04
17:01
| A A A
"Facebook" qadağası aradan qaldırılıb
Movqe.az xəbər verir ki, Tacikistanda, ölkə rəhbərliyini tənqid edən yazılar saxlanması səbəbiylə 26 noyabrda maneə törədilən sosial şəbəkə saytı "Facebook"un bu gündən etibarən istifadəyə açıldığı bildirilib. Tacikistan İnternet Serverləri (IP) Birliyi Başçısı Asamiddin Atayev, Dövlət Kimlik Xidmətinin "Facebook" qadağasının qaldırılması ilə bağlı təlimat verdiyini qeyd edib. Xatırladaq ki, ABŞ-ın Düşənbə səfirliyi və digər beynəlxalq qeyri-hökumət təşkilatları, sosial şəbəkə saytı Facebook, Ozodi və digər xəbər saytlarına daxilolma qadağasına görə narahatlıqlarını dilə gətirmişdi.
Sizin Reklam Yeriniz