Əlaqə Arxiv
news Image
2012.12.05
16:55
| A A A
45 ölkə vətəndaşı Pekində 72 saat vizasız qala biləcək
Movqe.Az bildirir ki, Çin 45 ölkə vətəndaşının paytaxt Pekində 72 saat vizasız qala biləcəyini açıqlayıb. Rəsmi medianın hökumətə verdiyi xəbərə görə, 1 yanvar 2013-cü ildən etibarən başlayacaq tətbiq yalnız Pekini əhatə edir. Tranzit gələn xaricilər, Pekinin xaricinə çıxa bilməyəcək və Çinin başqa şəhərlərinə getsələr ölkəyə qanunsuz girmiş sayılacaqlar. Tətbiq yalnız hava limanı vasitəsilə gələn tranzit sərnişinləri əhatə edir. Şərtlər arasında, Pekinə gələcək xaricilərin şəhərə çatmamışdan əvvəl, gedəcəyi üçüncü ölkə biletini təqdim etməsi lazım olduğu da var. 72 saat tətbiqi, giriş vizasının vurulduğu saatdan etibarən başlayır. 72 saat vizasının tətbiqi Pekinə xaricdən daha çox turist cəlb etmək məqsədi güdür. Yeni tətbiqin ildə təxminən 4 milyard yuan (645 milyon dollar) gəlir gətirəcəyi bildirilib. Çinin icazə verdiyi 45 ölkələr isə, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Rusiya, İngiltərə, İrlandiya, Kipr Rum bölgəsi, Bolqarıstan, Rumıniya, Ukrayna, ABŞ, Kanada, Braziliya, Meksika, Argentina, Çili, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya, Sinqapur, Bruney, Birləşmiş Ərəb Əmirlikləri və Qatardır.
Sizin Reklam Yeriniz