Əlaqə Arxiv
news Image
2012.04.20
12:36
| A A A
Nazir Əli Abbasova Beynəlxalq Rabitə Akademiyasının vəsiqəsi verilib
Beynəlxalq Rabitə Akademiyası 30-dan çox ölkədən 300 təşkilatı təmsil edən 1000-dən çox akademiki özündə birləşdirir Azərbaycanda "Beynəlxalq Rabitə Akademiyası" İctimai Birliyinin filialı yaradılacaq. Dünən Beynəlxalq Rabitə Akademiyasının nümayəndələri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova və digər azərbaycanlı akademiklərə təşkilatın 7 vəsiqəsini təqdim ediblər. İctimai Birliyin prezidenti Anastasiya Petrovna QHT-nin qeydiyyatdan keçmək üçün sənədlərin Azərbaycan Ədliyyə Nazirliyinə təqdim olunduğunu deyib. Azərbaycanda qeydiyyatdan keçdikdən sonra sözü gedən QHT-nin fəxri prezidenti seçiləcək. Bu vəzifəyə daha çox səs toplamış hazırkı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun namizədliyi irəli sürülüb. Xatırladaq ki, Beynəlxalq Rabitə Akademiyası 30-dan çox ölkədən 300 təşkilatı təmsil edən 1000-dən çox akademiki özündə birləşdirir.

Sizin Reklam Yeriniz