Əlaqə Arxiv
news Image
2012.12.06
15:26
| A A A
Rusiyada ilk dəfə təbii əhali artımı reallaşıb
Movqe.az xəbər verir ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfə Rusiyada təbii əhali artımı reallaşıb. Rusiya Prezidenti Vladimir Putinin doğumu dəstəkləyən siyasəti nəticə verib. Rusiya Əmək Naziri Maksim Topol 2012-ci ildə doğum nisbətlərinin ölüm nisbətlərini aşdığını və illərdir ilk dəfə təbii əhali artımı yaşandığını açıqlayıb. Nazirin məlumatlarına görə ilin ilk 10 ayında baş verən təbii əhali artımı 790 nəfər olub. İlin ilk 10 ayında doğum dərəcələrində 7 faiz artım olub. "İlk 10 ayda 1 milyon 587 min uşaq dünyaya gəlib. Bu ötən ilin eyni dövrünə görə 104 min vahid çoxdur. Doğum nisbətlərində artım 80 ayrı bölgədə reallaşıb.
Sizin Reklam Yeriniz