Əlaqə Arxiv
news Image
2012.12.06
16:31
| A A A
Uşaq pornoqrafiyasına qarşı ittifaq yaradılıb
Movqe.az xəbər verir ki, İnternet üzərindən uşaqlara yönəlmiş cinsi istismara qarşı rəsmi bir ittifaq yaratmaq məqsədiylə 48 ölkənin nümayəndəsi Belçikanın paytaxtı Brüsseldə görüşüb. Yığıncaqla əlaqədar məlumat verən Avropa Birliyi Daxili İşlər Komissarı Cecilia Malmström, dünyada hər il internet üzərindən göndərilən 1 milyon uşaq porno fotoşəkili tapıldığının təxmin edildiyini və buna hər il 50 min yeni fotoşəkilin daxil olduğunu söyləyib. Malmström, "Bu şəkillərin hər birinin arxasında istismara uğramış bir uşaq və çarəsiz bir qurban var" deyib. Brüsseldə yaradılacaq rəsmi ittifaqın, uşaq istismarı qurbanlarının müəyyənləşdirilməsi və xilas edilməsi, təqsirkarlar haqqında qanuni nəzarətin başladılması, bu mövzuda cəmiyyət şüurunun artırılması və internetdəki uşaq pornoqrafiyasına daxilolmanın azaldılması mövzularına yönəldilməsi gözlənilir.
Sizin Reklam Yeriniz