Əlaqə Arxiv
news Image
2012.12.06
17:27
| A A A
Çindən Azərbaycana böyük jest
Movqe.Az bildirir ki, Çin ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin quruluşunun 20 il fəaliyyəti çərçivəsində paytaxt Pekində məşhur şairimiz Nizami Gəncəvinin heykəli qoyulub. Gəncəvinin büstünün açılışı Pekinin ən böyük parkı olan "Chaoyang Park"dakı incəsənət muzeyində bu gün keçirilən mərasimdə baş verib. Mərasimə Çin Mədəniyyət Nazirliyinin rəsmiləri Quo Cie, Yang Cun, Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov ilə Türkiyənin Pekindəki səfiri Murad Esenlinin də olduğu çox sayda yerli və xarici vəzifəlilər qatılıb. Heykəlin açılışını səfir Qəndilov ilə muzeyin müdiri Prof. Yuan Xikun edib. Mərasimdə Azərbaycan milli marşı da oxunub. Mərasimdən sonra edilən çıxışlardan sonra Çinin ibtidai məktəb şagirdləri, Gəncəvinin bir əsərini Çin dilində səsləndiriblər. Bundan əlavə, muzeydə Azərbaycana aid tarixi, turistik və mədəni şəkillər də göstərilib.
Sizin Reklam Yeriniz