Əlaqə Arxiv
news Image
2012.12.07
18:18
| A A A
BSU-da X Beynəlxalq Tələbə Elmi-Praktik Konfrans

Movqe.Az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 7-8 dekabr 2012-ci il tarixində Bakı Slavyan Universitetində rektor, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərliyi ilə hazırlanmış "Dünyada Azərbaycanşünaslığın təbliği konsepsiyası" çərçivəsində Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycan və Avropa: problemlər və perspektivlər" mövzusunda X Beynəlxalq Tələbə Elmi-Praktik Konfransı keçirilir.

"Azərbaycan – Şərqi və Qərbi Avropa: ikitərəfli qarşılıqlı münasibətlər", "Avropa iqtisadiyyatı və inteqrasiya prosesləri", "Azərbaycan və Avropa: çoxtərəfli münasibətlər" və "Azərbaycanda və Avropada turizm: problemlər və perspektivlər" adlı bölmələrdə elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Azərbaycanı Bakı Slavyan Universiteti də daxil olmaqla 10 ali məktəbin (Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qərb Universiteti, Aviasiya Akademiyası, Koorperasiya Universiteti, Qafqaz Universiteti) 143 tələbə və magistrantı təmsil edir. Xarici iştirakçı ölkələri isə 39 tələbə və magistrant (Rusiya Federasiyası, Ukrayna Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Çex Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan Respublikası, Polşa Respublikası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Pakistan İslam Respublikası, İsveçrə Konfederasiyası, Qazaxıstan Respublikası, Fransa Respublikası, Türkiyə Respublikası) təmsil edir.

Konfransda dinləniləcək məruzələr artıq BSU-nun nəşriyyatında çap olunmuş və iştirakçılara paylanmışdır. Eyni zamanda iştirakçılara diplomlar təqdim olunacaqdır.

Nəzərə çatdırmaq lazımdır ki, xarici qonaqlara Bakının zəngin tarixi abidələri ilə tanış olmaq üçün geniş mədəni proqram da hazırlanıb.

Sizin Reklam Yeriniz