Əlaqə Arxiv
news Image
2012.12.11
15:06
| A A A
Quş qripindən daha təklükəli virus aşkar edilib
Movqe.Az bildirir ki, İndoneziyada baytar Syukur İvantoro, tapdıqları H5N1 quş qripi virusunun alt növünün məlum olan virusa görə daha təsirli olduğunu və ölkədə son həftələrdə yüz minlərlə ördəyin ölümünə səbəb olduğunu söyləyib. Baytar, bu məlumatı yerli səlahiyyətlilər və Dünya Sağlamlıq Təşkilatına da çatdırdığını vuğulayıb. Syukur İvantoro, yeni bilinən virusun ətraflı araşdırılması üçün araşdırmalara davam edilməsi lazım olduğunu bildirib. Qanadlı heyvan yetişdiriciləri federasiyası, Kənd Təsərrüfatı Nazirliyinə keçən aydan bu yana Cava adasının bir çox bölgəsində 300 mindən çox ördəyin tələf olduğunu bildirib. Dünya Sağlamlıq Təşkilatına görə, quş qripinin ən çox can aldığı İndoneziyada 2003-cü ildən bu yana xəstəlikdən 157 nəfər ölüb. Dünya daxilində isə 2003-dən bu yana 357 adam quş qripi səbəbiylə həlak olub.
Sizin Reklam Yeriniz