Əlaqə Arxiv
news Image
2012.12.11
16:29
| A A A
Klintonun səhhətində problem yaranıb
Movqe.Az bildirir ki, ABŞ dövlət katibi Hillari Klintonun məsləhətçisi Filipp Reines, Klintonun mədəsindəki narahatlıq səbəbiylə Mərakeşdə keçiriləcək "Suriyanın Dostları" yığıncağında iştirak etməyəcəyini, Tunis və Birləşmiş Ərəb Əmirlikləri ziyarətlərinin də ləğv olunduğunu bildirib. Reines, Klintonun yerinə Mərakeşdəki yığıncağa xarici işlər naziri müavini Uilliam Börnsün qatılacağını söyləyib. Klinton, Morokko Kralı VI Məhəmməd ilə də ikitərəfli görüşlərdə iştirak edəcəkdi. Xarici işlər naziri 13 dekabrda Tunisi ziyarət edəcək, 14 dekabrda da Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu Dabidə "Terrorla Mübarizə Qlobal Forumu"na qatılacaqdı. Keçən həftə Avropadan qayıdan Klinton, oktyabr ayında Avstraliya, Cənub-Şərqi Asiya və Balkanları ziyarət edib. Yanvar ayında vəzifə müddəti bitəcək olan Klinton, ABŞ tarixində ən çox xarici səfərlər edən və ən çox ölkəyə gedən xarici işlər naziri olaraq bilinir.
Sizin Reklam Yeriniz