43 milyon insan ümidlə yaşayır
Movqe.Az bildirir ki, 7 milyard əhalisi
olan dünyada 43 milyon insan başqa ölkələrdə özünə yeni bir həyat
qurmaq üçün əlindən gələni edir. Döyüşlər, çaxnaşmalar, fəlakətlər,
aclıq, yoxsulluq insanları evlərindən, yurdlarından ayırır. Dünya
qaçqın problemi ilə başa çıxmağa çalışır. Dünya daxilində şiddət və
vətəndaş müharibələri artdıqca, ölkələrini tərk etmək
məcburiyyətində qalan qaçqınların sayı da artır. Birləşmiş
Millətlər Təşkilatı qaçqınların sayının 43 milyona çatdığını
açıqlayıb. Yaşamaq üçün etibarlı bir yer axtaran qaçqınlar, əvvəl
qonşu ölkələrə, sonra da bir ümid kimi Avropaya getməyə çalışırlar.
10 minlərlə qaçqın üçün bu, Aralıq dənizi üzərindən təhlükə ilə
dolu bir səfər deməkdir. İqtisadi borc batağındakı Avropa üçün isə
qaçqınlar, gündən-günə böyüyən bir problemə çevrilib. Buna görə də,
ciddi qaçqın siyasəti tətbiq edir. İnsan Hüquqları sahəsində müsbət
bir cədvəl çəkən, edam cəzaları və işgəncəyə qarşı dayanan Avropa
Birliyi mühacirlərin problemini sərt tədbirlərlə həll etməyə
çalışır. Yalnız Almaniyada keçən il təxminən 55 min qaçqın
sığınacaq tələb edib. Bunların təkcə 935-i qəbul edilib. Tətbiq
olunan siyasətlərdən əlavə, bu qaçqınlar az bir gəlirlə pis
şərtlərdə yaşamağa məhkum edilir. Köç etdikləri ölkələrdə təhsil
sistemindən faydalana və iş tapa bilmirlər. Qısacası, Avropaya çata
bilən qaçqınlar xəyallarındakı rifah dolu həyatdan uzaq bir həyat
sürürlər.