Əlaqə Arxiv
news Image
2012.12.12
12:05
| A A A
Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı ümumilli liderin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Bu gün hökumət üzvləri dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 9 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Sizin Reklam Yeriniz