Əlaqə Arxiv
news Image
2012.12.12
19:24
| A A A
12.12.2012-də evlənmək üçün boşanıblar

Movqe.Az xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda iki övlad sahibi olan cütlük nikah tarixlərini 12.12.2012-yə yazdırmaq üçün boşanıblar və bu gün yenidən evləniblər.

Hatayın Reyhanlı mahalında 12 il evli olan Emel və Həmid Turan cütlüyü, xüsusi bir tarix olan 12.12.2012-ci ildə evlənə bilmək üçün maraqlı bir yola əl atıblar.

İki uşaq sahibi olan cütlük təxminən 9 ay əvvəl 12 illik evliliklərinə son qoyublar. Yenidən evlənə bilmək üçün lazımlı qanuni müddəti gözləyən cütlük daha sonra nikah dairəsindən 12.12.2012 tarixində saat 12:00-da görüşüb evləniblər.

Sizin Reklam Yeriniz