Neft Fondunun İcraçı direktoru ilə Texas ştatının maliyyə məsələləri üzrə məsul şəxsi Syuzan Kombsun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib
2012-ci il dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə ABŞ-ın Texas ştatının maliyyə məsələləri üzrə məsul şəxsi xanım Syuzan Kombsun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Sərvət Fondları, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verilib.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırılıb.