Əlaqə Arxiv
news Image
2012.12.14
17:29
| A A A
Zibillərin arasından körpə çıxdı
Amerikada polisin dayandırdığı bir avtomobilin arxa oturacağında zibil və əşya yığınının altından səkkiz aylıq bir körpə çıxıb. Movqe.Az bildirir ki, Polis əvvəlki axşam sürətlə  avtomobil sürən qadını dayandırıb. 40 yaşlı sürücü Cessika Barber Qutierrez avtomobildən endirilərək sorğuya tutulub. Gecə saat 11 radələrində reallaşan hadisədə qadın, depressiyada olduğu üçün reseptli satılan "Prozac" və "Xanax" adlı dərmanlardan içdiyini, üstündən isə spirtli içki qəbul etdiyini etiraf edib. Polis, spirt testindən də keçə bilməyən qadının avtomobilini axtarmağa başlayıb. Belə ki, acı həqiqət bu vaxt ortaya çıxıb. Avtomobilin arxa oturacağındakı əşya və zibil yığınının arasından səkkiz aylıq bir körpə çıxıb. Uşağın bezi və südü yox idi. Polis, Uşaq Qoruma Xidmətlərinə xəbər verərək körpə ilə maraqlanmaları üçün hadisə yerinə çağırıb. Cessica Barber Qutierrez, məhkəməyə çıxarılmaq üzrə həbs olunub.
Sizin Reklam Yeriniz