Əlaqə Arxiv
news Image
2012.12.14
19:00
| A A A
43 ölkədən yardım alıb
Tacikistan 2012-ci ilin 11 ayında 43 ölkədən 72 milyon dollarlıq kömək alıb. Movqe.Az bildirir ki, Tacik Statistika Təşkilatından verilən məlumta görə, yanvar-noyabr aylarında 43 ölkədən 72 milyon dollarlıq yardım göndərilib. 11 ay ərzində ölkəyə 7 milyon dollarlıq 13 min ton un, 1 milyon dollarlıq bitki mənşəli yağ, 32 milyon dollarlıq dərman, 2,1 milyon dollarlıq geyimdən əlavə digər qida vəsaitləri, elektron əşyalar və kompüter çatdırılıb. Tacikistana həmin dövr ərzində ABŞ başda olmaqla Rusiya, Çin və Hollandiya ən çox kömək edən ölkələr olub. Tacikistan, digər Orta Asiya ölkələrə nəzərən iqtisadi baxımdan böyük çətinlik çəkir. Təbii qaz və neft kimi enerji qaynaqlarından məhrum olan Tacikistanın yanvar-noyabr aylarındakı xarici ticarət həcmi 4 milyard 641 milyon dollar səviyyəsinə çatıb. Ancaq, ölkə bu dövrdə 3,4 milyon dollarlıq idxal reallaşdırıb.


Sizin Reklam Yeriniz