Əlaqə Arxiv
news Image
2012.12.17
16:17
| A A A
Moskvada 3 yeni məscid tikiləcək
Movqe.Az bildirir ki, 1,5 milyon müsəlmanın yaşadığı şəhərdə 4 məscidlə kifayətlənməyən müsəlmanlar yeni məscidlərin tikilməsi üçün şəhər rəhbərliyi ilə danışıqları davam etdirir. "İnterfax", yeni məscidlərlə əlaqədar mövzuya bələdiyyənin soyuq yanaşmadığını və qərar mərhələsində olduğunu yazıb. Agentliyə müsahibə verən Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin, "Butovada, İslam Universitetinin yerləşdiyi Lyublinada və İslam Mədəniyyət Mərkəzinin inşa ediləcəyi Şosse Entuziastovda bir məscid inşa ediləcək." deyib. Moskva şəhər rəhbərliyindən "Interfax"a məlumat verən qaynaqlar, üç ayrı sahədə məscid qurulmasının uyğun olduğunu, hələ son qərarın verilmədiyini bildiriblər. Milliyyətçi qruplar isə yeni məscid tikintisinə qarşı çıxırlar. Ruskiye Hərəkatı lideri Aleksandr Belov "Interfax"a məlumat verərək, "Yerli xalqın fikirləri alınmadan yeni məscidlərin tikintisinə qətiliklə qarşıyıq. Mən mənzilimin dibində məscid olmasını istəmirəm. Xalqa soruşaq. Belə olarsa, hər şey daha sakit və sülh yolu ilə həll edilə bilər." deyib.
Sizin Reklam Yeriniz