Əlaqə Arxiv
news Image
2012.12.17
18:00
| A A A
Neft Fondu Londonda daşınmaz əmlak alıb

Mövqe.az xəbər verir ki, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlakailk investisiyasını həyata keçirmişdir. Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350000 funt sterlinq təşkil edən ofis kompleksini almışdır. Binanın alqı-satqı prosesindəsatıcı qismində "Deutsche Bank"-ınVəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt (RREEF Real Estate),Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimiKlifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle)şirkəti çıxış etmişdir.

Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarınınyerləşdiyimərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanındaolan bu görkəmli tikili qeyd edilən ərazininən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmişbu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və "A" tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11018 kv. metrtəşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilənbank hal-hazırdabu binanı Britaniyada HSBCFərdiBankınınmərkəzi qərargahı kimi istifadə edir.

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı qeyd etmişdir: "Bir çox Suveren Fondlar hal-hazırda investisiya risklərinin yüksək diversifikasiyasını təmin etməkistiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirirlər. Son zamanlar ARDNF-nin həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artmışdır. Bugün mən ARDNF tərəfindən daşınmaz əmlaka ilk birbaşa investisiyanın həyata keçirildiyini açıqlamaqdan məmnunluq duyuram. Londonda yerləşən bu binanınalınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərindəhəyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillərhəmin investisiyanın gələcəkillər ərzində vəd etdiyi yüksəksabit gəlirlilik, eləcə dədünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarınıngüclü fundamental əsaslarıdır".

Azərbaycanın SuverenFondu olan Dövlət Neft Fondu 1999-cu ildəümummilli lider Heydər Əliyevin qərarı əsasındaneft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması,səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasınıtəmin etmək məqsədilə yaradılmışdır. 01 dekabr 2012-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33 895 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 % qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Sizin Reklam Yeriniz