Əlaqə Arxiv
news Image
2012.12.18
15:07
| A A A
7 nəfərdən biri onlardandır
Movqe.Az bildirir  ki, Dünya əhalisi 7 milyardı keçərkən hər yeddi insandan biri, doğulduğu yerdən köç etmiş, yəni immiqrant vəziyyətində yaşayır. BMT-nin məlumatlarına görə, ən çox immiqrant təxminən 3 milyon sayla Əfqanıstandandır. Əfqanıstandan sonra sırada İraq və Somalidir. Ən çox köçkünə ev sahibliyi edən ölkə isə Pakistandır. İmmiqrantların vəziyyəti ilə əlaqədar ​​Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Mun çıxışında, büdcələr azalıb, kəmər sıxma tədbirləri alındıqca immiqrantlara istiqamətli ayrı-seçkilik, ksenofobiya və zorakılığın artdığını vurğulayıb. Dünyada 230 milyondan çox immiqrant var və bu ədədə hər gün əlavələr də olunur. Keçən il 47 milyon insanın zorla yerlərindən çıxarılması bildirilib. İmmiqrantlar bir çox ölkədə iqtisadi fayda-zərər baxışıyla qiymətləndirilir və bir təhlükəsizlik problemi olaraq qəbul edilir. İnsan qaçaqçılığı, orqan mafiyaları, aşağı ödəniş, pis iş və həyat şəraiti, cinayətlər ilə qarşı-qarşıya qalırlar. Halbuki immiqrantlar iqtisadi inkişaf və humanitar inkişafda iştirak edir, məlumat və texnologiya transferiylə cəmiyyəti zənginləşdirir və yaşlanan cəmiyyətdə demoqrafik tarazlığın qorunmasını təmin edir.
Sizin Reklam Yeriniz