Talabani xəstəxanaya qaldırılıb
Movqe.az xəbər verir ki, İraq prezidenti
Cəlal Təlabani dünən gecə paytaxt Bağdadda yerləşən xəstəxanaya
aparılıb. Prezident aparatından edilən yazılı şərhdə Talabaninin
ölkədə sakitlk və sabitliyin təmin edilməsi üçün göstərdiyi sıx
səylər səbəbiylə yorğun və xəstə olduğu bildirilib. Təcili olaraq
xəstəxanaya qaldırılan Talabaninin sağlamlıq vəziyyətiylə əlaqədar
açıqlamanın daha sonra ediləcəyi deyilib.