Əlaqə Arxiv
news Image
2012.12.18
16:22
| A A A
“Rostelekom” Dağlıq Qarabağda iş qurmağı istisna etmir
Rusiyanın "Rostelekom" telekommunikasiya şirkəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iş qurmağı istisna etmir. APA-nın "Panarmenian.net" saytına istinadən verdiyi məlumata görə, bunu "Rostelekom"un Ermənistan bazarına daxil olması ilə əlaqədar İrəvanda keçirilən tədbirdə şirkətin vitse-prezidenti Naum Marder deyib. O bildirib ki, hələlik Qarabağla bağlı hər hansı planları yoxdur: "Lakin mən istisna etmirəm ki, Ermənistandakı uğurlu inkişaf Dağlıq Qarabağda davam etdirilə bilər".
Qeyd edək ki, "Rostelekom" Açıq Səhmdar Cəmiyyəti Rusiya Federasiyasının ən böyük telekommunikasiya şirkətidir.
Sizin Reklam Yeriniz