Uşaqların Breivikə münasibəti fərqlidir
Movqe.az xəbər verir ki, Norveçdə 77 nəfəri
öldürdüyü üçün 21 il həbs cəzasına məhkum edilən ifrat sağ fikirli
terrorist Anders Behrinq Breivikə çox sayda uşaq və gəncin məktub
yazmasından sonra həbsxana rəhbərliyi ailələrlə və ictimai xidmət
nümayəndələri ilə əlaqə qurub. Breivikin vəkili Tord Jordet ona
uşaqlarla yanaşı 18 yaşı tamam olmamış çox sayda gəncin məktub
yazdığını və bu məktubların daha çox siyasi məzmunlu olduğunu
söyləyib. Breivikə gələn bütün məktubları idarə edən həbsxana
rəhbərliyi isə ismarıcların məzmununilə bağlı heç nə deməsə də
mektuplardaki ifadələrin ciddiliyi səbəbiylə ictimai xidmət
təşkilatı rəsmiləri və məktubları qələmə alan uşaqlar və gənclərin
ailələri ilə əlaqə qurub. Xatırladaq ki, Norveçli terrorist, 22
iyul 2011- ci ildə paytaxt Oslo və Utoya adasında reallaşdırdığı
silahlı hücumla 77 nəfəri öldürmüşdü.