Əlaqə Arxiv
news Image
2012.12.18
16:30
| A A A
Fərəc Quliyevlə gənclərin görüşü keçiriləcək

Milli Dirçəliş Hərəkatı Partiyası başqanın müavini Seymur Həsənli Movqe. Az-a bildirdi ki, müstəqilliyə imza atan 43 nəfərdən biri, Konstitusiya Aktını hazırlayan 3 nəfərdən biri, döyüşçü, Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, 5 kitabın müəllifi, millət vəkili, özünü millətinin 50 milyonuncu əsgəri hesab edən Fərəc Quliyevlə gənclərin görüşü keçiriləcək: "Görüşdə MDHP gəncləri ilə yanaşı, dost partiyaların, müxtəlif təşkilatların gəncləri də iştirak edəcək.

20 dekabr saat 13:30-da Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində başlayacaq tədbirdə ölkədəki və regiondakı ictimai-siyasi durum, MDHP-nin baxışları və gənclər siyasəti, o cümlədən gənclərin problemləri müzakirə olunacaq. Tədbirdə Fərəc Quliyevin keçdiyi yoldan bəhs edən və özünün qələmə aldığı "Missiya" kitabı gənclərə hədiyyə olunacaq".

Sizin Reklam Yeriniz