Əlaqə Arxiv
news Image
2012.12.18
19:35
| A A A
Kraliça Elizabeth tarixi bir hadisəyə imza atıb
Movqe.Az bildirir ki, İngiltərə Kraliçası II Elizabet, Nazirlər Kabineti yığıncağına qatılaraq tarixi bir hadisəyə imza atıb. Kral Ailəsi mənsubu bir adamın 1781-ci ildən etibarən, döyüş zamanları xaricində ilk dəfə bir kabinet yığıncağına qatıldığı bildirilir. Yığıncaq əvvəli Baş Nazir Devid Kameron, kabinet üzvlərini tək-tək Kraliça Elizabetə təqdim edib. Kraliçanın salamlaşma zamanı maliyyə naziri Corc Osborne ilə zarafatlaşdığı görülüb. Kraliça, yığıncaq masasında Baş Nazirin kürsüsünə Kameron ilə xarici işlər naziri Uilliam Hequinin yanında oturaraq gündəmdəki məsələləri kabinet üzvləri ilə müzakirə edib. Son olaraq 1781-ci ildə Kral III Corcun sülh zamanında kabinet yığıncağına qatıldığı bildirilir. Kral mənsubunun kabinet yığıncaqlarına davamlı olaraq iştirak etməsinə isə Kral I Corc tərəfindən 1717-ci ildə son qoyulduğu yazılır. Kraliçanın atası Kral IV Corc da 2-ci Dünya Müharibəsi zamanı Nazirlər Kabineti konfransında iştirak etmişdi.
Sizin Reklam Yeriniz