Əlaqə Arxiv
news Image
2012.12.19
16:04
| A A A
Kraliçanın adı adaya verildi
Movqe.Az bildirir ki, İngiltərənin Antarktikada sahib olduğu torpaqların bir qisiminə taxtdakı 60-cı brilliant il səbəbi ilə Kraliça Elizabetin adı verilib. Bu hədiyyə, Kraliça II Elizabetə dünən qatıldığı Nazirlər Kabineti konfransında təqdim edilib. Antarktikadakı 169 min kvadrat metr böyüklüyündəki ingilis torpaq sahəsinin adının "Kraliça Elizabet Adası" olaraq dəyişdirildiyi və xəritələrdə bundan belə bu adla iştirak edəcəyi söylənilir. Birləşmiş Krallıq, Antarktikadakı bəzi torpaqlar üzərində 1908-ci ildə haqq iddiasında olub və 1962-ci ildə "Britaniya Antarktika Torpaqları" adıyla məlum olan buradakı bəzi torpaqların rəsmi olaraq Britanyaya aid olduğu bildirilib. Bu ad dəyişikliyinin, Britaniyanın Antarktikada haqq iddia etdiyi torpaqların özünə aid olduğunu müdafiə edən Argentina ilə təzyiqin arta biləcəyi güman edilir. İki ölkə arasında Falkland Adaları üzərində də müzakirələr davam edir. "Kraliça Elizabet Adası" şimalda Ronn və Filçner buz adalarına qədər uzanan üçbucaq şəklindəki bir sahədən ibarətdir.
Sizin Reklam Yeriniz