Əlaqə Arxiv
news Image
2012.12.19
16:49
| A A A
Soyuq hava nəticəsində ölənlərin sayı artır
Ukraynada 130 ilin ən soyuq qışı 37 nəfərin ölümünə səbəb olub. Movqe.Az bildirir ki, Şərqi Avropa və Balkan ölkələri qışı iliklərinə qədər hiss etməyə başlayıb. Ukraynanın hər tərəfi şiddətli qar fırtınasıyla ağ rəngə boyanıb. Yağan qar nisbəti son 130 ilin rekordu olaraq ölçülür. Qar dondurucu soyuqları da özü ilə gətirib. Son 24 saatda soyuqdan 37 adam həlak olub. Ölənlərin çoxunu küçələrdə yaşayan evsizlər təşkil edir. Temperatur gecələr mənfi 28 dərəcəyə qədər enir. 2 gündür fasiləsiz yağan qar, Rumıniya və Moldovada da həyatı iflic edib. Rumıniyanın qərbində qarın qalınlığı bir metrə çatıb. Avtomobillər yollarda qalıb. Makedoniyanın paytaxtı Skopyedə sıx duman səbəbiylə Böyük İskəndər Hava limanındakı uçuşlar dayandırılıb. Bolqarıstanda isə yağan qar qış turizmini canlandırıb. Tətilə gələnlərin sayı artaraq otellər dolub. Balkan ölkələrində qarın artması gözlənilir.
Sizin Reklam Yeriniz