Əlaqə Arxiv
news Image
2012.12.22
20:08
| A A A
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
2012-ci il dekabr ayının 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir.
İclas zamanı MHŞT-nin Azəbaycan Respublikasında tətbiqinə dair Memoranduma dəyişikliklər edilməsi, MHŞT üzrə hesabatların tutuşdurulmasını həyata keçirəcək şirkətin seçilməsi proseduru, MHŞT üzrə ÇQ-nin qərarlarının icrası barədə hesabat, 2014-cü ildə Azərbaycanda MHŞT üzrə Qiymətləndirmə prosesinin keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
İclasda həmçinin hesabatlardakı məlumatların etibarlılığını daha da artırmaq məqsədilə yoxlama prosesində seçmə üsulunun tətbiqi qərara alınmışdır.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.
Sizin Reklam Yeriniz