Əlaqə Arxiv
news Image
2012.12.24
15:30
| A A A
Mitt Romni haqqında oğlu açıqlamalar verib
Movqe.Az bildirir ki, Mitt Romninin oğlu atasının prezident olmaq istəməməsindən danışıb. Amerika prezidentliyinə sabiq namizəd Mitt Romninin oğlu bildirib ki, onun atasının prezident seçkilərində iştirak etmək arzusu olmayıb. Bu barədə "Agence France-Presse"-nin  bildirdiyi kimi, Teqqart Romni "Boston Globe"-a verdiyi müsahibəsində bildirib. Teqqart Romninin sözlerinə görə onun atası "hər kəsdən az prezident olmaq arzusunda olub." O qeyd edib ki, Mitt Romni "öz ailəsini ve ölkəsini sevir, diqqət mərkəzində olmaqdan isə xoşu gəlmir". Əlavə olaraq bildirib ki, əgər onun atası öz yerinə Respublikaçılar partiyasından "prezidentliyə layiqli namizəd tapsaydı məmnuniyyətlə geri çəkilərdi." Teqqart Romni atasının 2008-ci il uğursuzluğundan sonra öz ailəsinə gələcək seçkilərdə iştirak etmək arzusu olmadığını deyib. Buna baxmayaraq onun həyat yoldaşı və oğlu Teqart, Mitt Romninin öz qərarını dəyishməyə inandırıblar.
Sizin Reklam Yeriniz