Əlaqə Arxiv
news Image
2012.12.24
17:12
| A A A
Təyyarənin mühərriyinin qapağı düşdü
Türkiyə Hava Yolarına məxsus "İstanbul-Düsseldorf" reysiylə hərəkət edən təyyarənin mühərrikinin qapağı düşüb.

Movqe.Az xəbər verir ki, Türkiyə Hava Yolarına (THY) məxsus "İstanbul-Düsseldorf" reysiylə hərəkət edən təyyarənin mühərriyinin qapağı düşdüyünü üçün uçuşdan yarım saat sonra Atatürk Hava Limanına geri dönüb və həmin andaca təcili eniş üçün icazə verilib. Əldə edilən məlumata görə bu THY-ə məxsus "TK-1529" saylı təyyarə Atatürk Havalımanından saat 20.00 sıralarında 131 sərnişinlə havaya qalxıb.

"Airbus A320" tipi təyyarənin pilotları uçuşdan yarım saat sonra mühərrik qapağının düşdüyünü biliblər. Bunun üzərinə uçuş idarə qülləsi ilə əlaqəyə keçən pilot, istiqamətini təkrar Atatürk Havalımanına çevirdi.

"Düsseldorf Havalimanı"nın gecə saatlarında enişə bağlı olması səbəbindən sərnişinlərin THY tərəfindən otellərə yerləşdirildiyi və saat 04.30-da qalxacaq təyyarə ilə Düsseldorfa göndəriləcəkləri bildirilib.


Qapağı hara düşdüyü bilinmir

Mühərrik qapağının harada və necə düşdüyü isə hələ bilinmir. Əgər qeyd edilən qapaq təyyarənin uçduğu vaxt düşübsə, o, İstanbulun hər hansı bir nöqtəsinə düşüb və bəzi maddi zərərlərin meydana gəlməsinə səbəb olmuş ola bilər.

Sizin Reklam Yeriniz