Əlaqə Arxiv
news Image
2012.12.25
15:50
| A A A
"2012-ci ilin siyasət adamı" siyahısında birinci yerdə
Movqe.Az bildirir ki, Rusiya Prezidenti Vladimir Putin, 2012-ci il siyasət adamı siyahısında 54 faiz dəstəklə birinci olub. Rusiyada araşdırma şirkətinin (VTsIOM) ölkə daxilində apardığı sorğuda Putinə olan dəstək keçən ilə nisbətən 16 faiz artıb. Rusiyanın Baş Naziri Dmitri Medvedev isə siyasət adamı siyahısında 16 faiz dəstəklə ikinci, üçüncü sırada 13 faizlə yeni Müdafiə Nazirliyinə təyin edilən Sergey Şoyqu yer alıb. Rusiya müxalifətinin qabaqcıllarından və Putin əleyhdarı göstərilərin təşkilatçılarından müxalif adlar Aleksey Navalni və Sergey Udaltsov  2 faiz dəstəklə siyahının sonunda iştirak ediblər. Həddindən artıq sağçı Liberal Demokrat Partiyasının rəhbəri Vlamir Jirinovski 7 faiz, Kommunist Partiya lideri Genadi Zyuqanov 3 faiz, xarici işlər naziri Sergey Lavrov isə 3 faiz səs yığa bilib.
Sizin Reklam Yeriniz