Əlaqə Arxiv
news Image
2012.12.25
20:15
| A A A
Uşaq oğruları şəbəkəsi çökdürülüb
Movqe.az xəbər verir ki, Çində uşaq oğrularına qarşı dilən əməliyyatda 9 şəbəkə çökdürülərək 355 nəfər həbs olunub. Əməliyyatda 89 uşaq xilas edilib. Çin İctimai Təhlükəsizliyi Nazirliyindən edilən şərhdə, 9 əyalətdə edilən koordinasiya əməliyyatlarının 18 dekabrda başladığı bildirilib. Rəsmilər uşaqların DNA-ın araşdırılaraq ölkədəki milli DNT verilənlər bazasında edilən araşdırma ilə ailələrinə təslim ediləcəyini qeyd edib. İnsan qaçaqçılığının son zamanlarda ciddi bir problem halına gəldiyi Çində, uşaqları olmayan ailələrə xüsusilə kişi körpələrin satıldığı yazılır. Rəsmilər xüsusilə yoxsul əyalətlərdən insan oğrularının sağlam bir kişi körpəni 30 min yüenə  alaraq, daha varlı ştatlarda 90 min yuen qarşılığında satdığını bildirib. Ölkədə 2009-cu ildən başlayan uşaq qaçaqçılığıyla mübarizə daxilində Çində indiyə qədər 11 min şəbəkənin fəaliyyətinə mane olunub və 54 min uşaq xilas edilib.
Sizin Reklam Yeriniz