Əlaqə Arxiv
news Image
2012.12.26
15:24
| A A A
Talabaninin partiyadakı vəzifəsini müavini icra edəcək
Movqe.az xəbər verir ki, keçirdiyi xəstəlik nəticəsində Almaniyada müalicə edilən İraq prezidenti və Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) Partiyasının sədri Cəlal Talabaninin partiyadakı vəzifəsini köməkçisi Kosret Rəsu görəcək . İraq Regional Kürd Rəhbərliyi Başçısı Məsud Bərzani Cəlal Talabaninin rəhbərlik etdiyi KYB yüksək vəzifəli idarəçiləriylə Süleymaniyyə şəhərində görüşüb. KYP yüksək vəzifəli idarəçiləri ilə edilən yığıncaqda iki partiya arasında daha əvvəl əldə edilən strateji əməkdaşlığı müzakirə edilib. Yığıncaqda Talabaninin sağlamlıq vəziyyəti və bölgə ilə Bağdad arasında yaşanan problemlər mövzusunda yol xəritəsi təyin olunub.

Digər tərəfdən əvvəlki gün toplanan KYB Mərkəzi Qərar İcra heyəti Prezident Talabaninin siyasət proqramını davam etdirəcəyini bildirən məlumat yayımlayıb.

Sizin Reklam Yeriniz