Əlaqə Arxiv
news Image
2012.12.26
16:30
| A A A
300 milyon nəfərə siqaret qadağası

Movqe.az xəbər verir ki, Pekin rəhbərliyinin qüvvəyə qoyduğu yeni qanunla Çində 3 ilə qədər cəmiyyətə açıq sahələrdə tütün məhsullarının istehlakı tamamilə qadağan ediləcək. Çin rəsmi mətbuatındakı xəbərə görə, Çində sağlamlıq vahidləri və məktəblərdə gətirilən siqaret çəkmə qadağasından sonra ictimai sahələrdə də siqaret və tütün məhsullarının istehlakı, reklamı və ya tütün markalarının sponsorluq fəaliyyətində olması tamamilə qadağan ediləcək.  İlk olaraq tütün məhsullarının istehlakına məhdudiyyət gətiriləcək və pilləli olaraq icra ediləcək işlər nəticəsində ölkədə böyük bir "tüstüsüz hava" sahəsi yaradılacaq. Plana görə tütün firmalarından məhsulun üzərinə "Sağlamlığa zərərlidir" yazısını diqqət çəkici rənglər istifadə edərək və məhsulun markasından daha böyük olacaq şəkildə yazması və nəzarət etməsi istənəcək. Digər tərəfdən Çində "status göstəricisi" olaraq görülən bəzi yerli siqaret markalarının satışına da məhdudiyyətlər gətirilməsinin gündəmdə olduğu deyilib.

Sizin Reklam Yeriniz