Əlaqə Arxiv
news Image
2012.12.26
17:25
| A A A
Əsəd çıxış yolu axtarır
Movqe.az "New York Times"ə istinadən xəbər verir ki, Əsəd yolun sonuna gəldiyini anlayıb, hazırda canını xilas edə bilmək üçün bir çıxış yolu axtarır. Hava Limanına gedən yolların müxaliflərin nəzarətində olduğunu yazan qəzet, ölkədən ayrılma qərarı alması vəziyyətində tərəfdarlarının da Esadə icazə verməyəcəklərini yazıb. "New York Times" üçüncü bir yol olaraq Əsədin atasının vətəni Lazkiyə getməsinin də mümkün ola biləcəyini qeyd edib. Fransız "Le Figaro" qəzeti, Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyi Suriya xüsusi nümayəndəsi Al Ahdar Əl İbrahiminin, Əsədin 2014-cü qədər vəzifədə qalmasını ehtiva edən bir plan təklif etdiyini yazıb. Xəbərə görə Rusiya və ABŞ da bu planı qəbul edib.


Sizin Reklam Yeriniz