Əlaqə Arxiv
news Image
2012.12.26
18:43
| A A A
Kilsə əraziləri xalqa paylanacaq
Movqe.Az bildirir ki, Yunanıstanda iqtisadi böhran nəticəsində işsizliyin nisbəti 26 faizi keçib. Kasıb, kimsəsiz və yoxsul xalqa qida, geyim və sığınacaq təmin yardımlarını artıran Yunanıstan Kilsəsi lideri və Afina Baş yepiskopu İeronimosdan bir addım daha gəlib. Ciddi iqtisadi böhrandan təsirlənən xalqın dəstəklənməsi və yardımlaşma fəaliyyətlərinin artırılması ilə bağlı mesajında Baş yepiskop İeronimos, xalqın qarşılaşdığı iqtisadi çətinliklərin aşılması üçün hər kəsi səy göstərməyə dəvət edib. Baş yepiskop, "Kilsə, xalqın yeni bir başlanğıc edə bilməsi və ayaqları üzərində dura bilməsi üçün indiyə qədər könüldən dəstəklədiyi kimi bundan sonra da dəstəkləməyə davam edəcək." deyib. Kilsənin qalan az mal varlığına baxmayaraq bunu xalqın xeyrinə istifadə etməyi və qiymətləndirməyi hədəflədiyini bildirən Baş yepiskop, "Kim Yunanıstan torpağında işləmək istəyirsə, bilsin ki ölkənin qida azlığını atrırm, ixrac edilə bilən müasir məhsullar yetişdirmək və heyvandarlıq üçün kilsə qalan az mal varlığına baxmayaraq onların xidmətində olacaq." ifadələrini söyləyib.
Sizin Reklam Yeriniz