Əlaqə Arxiv
news Image
2012.12.27
15:20
| A A A
Qrip epidemiyasının qarşısı alına bilmir
Movqe.Az bildirir ki, Fransa Səhiyyə Müşahidə Mərkəzi tərəfindən verilən məlumata görə, keçən həftə 130 min adam qripə tutulub. Epidemiyaya tutulanlar arasında 9 günlük körpədən 79 yaşına qədər müxtəlif yaş aralıqlarında xəstələr var. Orta yaş isə 26 olduğu qeyd edilib. Epidemiyanın ən sıx görüldüyü bölgələrin Şampan-Ardenn, Nord Pas-de-Kalais və Poitu-Şaren olduğuna toxunulan məlumatda, xəstəxanaya müraciət edənlər arasında vəziyyəti ciddi olanların olmadığı bildirilib. "Lyon Qrip Referans Mərkəzi", qrip simptomları görülən xəstələrdə donuz qripi və H3N2 virusuna rast gəlinmədiyini də bildirib. Fransada keçən həftə də "Le Chateau de Bon Attrait" reabilitasiya klinikasında 35 xəstədə H1N1 virusuna rast gəlindiyi açıqlanmışdı.
Sizin Reklam Yeriniz