Əlaqə Arxiv
news Image
2012.12.27
15:39
| A A A
Lukaşeviç: "Əsədin hakimiyyətdən uzaqlaşmasını istəmək Cenevrə sazişinə ziddir"
Movqe.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsi Aleksandr Lukaşeviç Suriya Prezidenti Bəşər Əsədin vəzifədən ayrılmasını tələb etmənin Cenevrə sazişinin müddəalarına zidd olduğunu bildirib. Moskvada təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablayan Lukaşeviç, "Qanuni olaraq seçilmiş Əsədin vəzifədən ayrılmasını tələb etmək, Cenevrə sazişinə zidd"dir deyib. Lukaşeviç Suriyada tərəflər arasında siyasi danışıqların başlaması üçün Prezident Bəşər Əsədin vəzifədən ayrılmasının da əsas şərt olmadığını qeyd edib. Bu gün Moskvada, Suriya xarici işlər naziri müavini Faysal Makdadın Rusiya xarici işlər naziri Sergey Lavrov ilə reallaşdırdığı görüşə dair də məlumat verən Lukaşeviç bu cür əməkdaşlığın Suriyadakı bütün tərəflər arasında dialoq mühiti yaradılmasına kömək edəcəyini söyləyib. Lukaşeviç həmçinin bəzi mətbuat orqanlarında çıxan Suriyaya istiqamətli ABŞ-Rusiya arasında bir uzlaşma planı olduğuna dair iddiaları da rədd edib.
Sizin Reklam Yeriniz