Əlaqə Arxiv
news Image
2012.12.28
13:30
| A A A
Çin element istehsalında birincidir
Movqe.az xəbər verir ki, Daxili Monqolustan Muxtar Vilayətinin Baotou şəhərindəki Baoqanq şirkətinin bölgədə istehsal edilən 12 böyük nadir element firmasının 51 faiz hissəsini götürərək öz nəzdində birləşdirdiyi deyilib. 12 firmanı öz nəzdində birləşdirən Baoqanqın bölgədə nadir elementlərin torpaqdan çıxarılması və işlənməsi prosesində bəzi yeni tənzimləmələr gətirməsinin gözlənildiyi bildirilib. Ölkədə 400-dən çox nadir torpaq elementi növü olduğu deyilir. 2011-ci ildə Çinin təxminən 96 min tonluq hasilat  istehsal  etdiyi və dünyanın nadir torpaq elementi ehtiyacının 90 faizini qarşıladığı müəyyən edilib. Çinin dünyaya ixrac etdiyi nadir elementlərin, xüsusilə raket, ağıllı telefon, günəş enerjisindən istifadə, maqnetik vasitələr və lazer şüalı cihazlar kimi yüksək texnologiya işlərində uğurlu olduğu bilinir. Bununla belə Çin dünyadakı nadir element qaynaqlarının 23 faizinə sahib olmasına  baxmayaraq bu sektorda dünya bazarının 90 fazinə sahibdir.
Sizin Reklam Yeriniz