Əlaqə Arxiv
news Image
2012.12.28
15:48
| A A A
İranın tək qadın naziri kabinetdən atıldı

Movqe.Az bildirir ki, 1979-cu ildə qurulan İran İslam Respublikasının ilk qadın naziri olan Marzieh Vahid Dastjerdi, üç ildir Səhiyyə Nazirliyi vəzifəsini icra edirdi. İddiaya görə, həyatı əhəmiyyətə sahib dərmanları idxal etmək üçün fond təmin edən həmkarlarını tənqid edəndən sonra Dastjerdinin işinə son verilib. Ginekoloq olan Dastjerdi, siyasi olaraq mühafizəkar görünsə də, cəmiyyətdə qadının daha yaxşı bir rol sahibi olmasının aktiv bir müdafiəçisidir. İranlı səlahiyyətlilər, həyatı əhəmiyyətə sahib dərmanların gətirilməsi üçün ABŞ və Avropa Birliyi tərəfindən verilən sanksiyaları səbəb göstərib. Ancaq hökumətin, İranlıların ehtiyaclarını təsirli bir şəkildə tədarük etməkdə müvəffəqiyyətsiz olduğu istiqamətində ağır tənqidlərə məruz qaldığı qeyd edilib.

Sizin Reklam Yeriniz