Əlaqə Arxiv
news Image
2012.12.28
19:06
| A A A
Silahını qaytarana 200 dollar hədiyyə
Movqe.az xəbər verir ki, "Sandy Hook" qırğınıdan sonra ABŞ-da Los Ancelesdə hədiyyəli silah toplama kampaniyası keçirilib. ABŞ-da 26 nəfərin öldüyü Sandy Hook məktəb qətliamından sonra başlayan fərdi silahlanma müzakirələri Los Angelesdə hərəkata çevrilib. Siyasətçilər fərdi silahlanmağa məhdudlaşdırma gətirmək üçün çalışsa da, Los Angelesdə hər il may ayında təşkil edilən "silahları qaytarma" kampaniyası bu il önə çəkilib. Los Angeles polis səlahiyyətliləri iki nöqtədə icra etdikləri kampaniya ilə vətəndaşlardan sual soruşmadan gətirdikləri odlu silahları yığıb. Polis avtomatik silah gətirənlərə 200 dollar, tapança və ya tüfəng üçün isə 100 dollar hədiyyə çeki verib. Kampaniya çərçivəsində 1366 odlu silah toplanıb.
Sizin Reklam Yeriniz