Əlaqə Arxiv
news Image
2012.12.31
14:40
| A A A
Klinton xəstəxanaya qaldırılıb
Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi Hilari Klinton bu ayın əvvəlində keçirdiyi beyin sarsıntısının yol açdığı qan laxtalanması səbəbiylə xəstəxanaya qaldırılaraq müalicə altına alınıb​​. Amerika Xarici İşlər Nazirliyindən Filip Reines, "Klintonun həkimləri, həftələr əvvəl beyin sarsıntısından qaynaqlanan qan laxtalanması kəşf edib. İndi Nyu York-Presbyterian Xəstəxanasında laxtalanma səbəbiylə müalicə edilir. Növbəti 48 saat ərzində müşahidə altında tutulacaq. Ondan sonra nə ediləcəyinə qərar veriləcək "şərhini edib. Xəstəxana qaynaqları laxtanın beyinə çatmadığını və beyin qanamasının olmadığını ifadə edib. Reinesin 15 dekabrda etdiyi bir şərhə görə, 65 yaşındakı Klinton, mədə virusu səbəbiylə xarici səfərini ləğv etmək məcburiyyətində qalmış, həddindən artıq su itkisi səbəbiylə huşunu itirərək beyin sarsıntısı keçirmişdi.
Sizin Reklam Yeriniz