Əlaqə Arxiv
news Image
2013.01.01
13:52
| A A A
Çinin elektron əşya ticarəti artıb
Movqe.az xəbər verir ki, Çinin elektron və informasiya texnologiyaları (IT) məhsullarının idxal və ixracatı ötən ilin ilk 11 ayında 1,1 trilyon ABŞ dollarına çatıb. Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, bu rəqəmin ötən ilin eyni dövrünə görə 4,1 faiz nisbətində artdığını bildirib. Elektron və IT məhsullarının, ixracatının 4,5 faiz artdığı və 627,3 milyard ABŞ dollarına çatdığı, bu rəqəmin də ölkənin ümumi ixracatının  33,9 faizini təşkil etdiyi qeyd edilib. Eyni məhsullarda idxalın  3,5 faiz artdığı və 441,2 milyard ABŞ dollarına çatdığı deyilib. Bunun da ölkənin ümumi idxalının 26,7 faizini təşkil etdiyi bildirilib.
Sizin Reklam Yeriniz