İndoneziyada zəlzələ olub
Mövqe.az xəbər verir ki, İndoneziyanın şərq sahili boyu ərazilərində 6,6 bal gücündə zəlzələ hadisəsi baş verib.
ABŞ Geoloji Tədqiqat mərkəzindən verilən xəbərə görə okean səviyyəsinin 30 kilometr dərinliyində meydana gələn zəlzələ mərkəzinin İndoneziyanın Papua əyalətinin 83 kilometr yaxınlığında olduğu deyilib. Zəlzələ Papua əyaləti sakinləri arasında təşvişə səbəb olub.
Rəsmilərin sözlərinə görə zəlzələ nəticəsində ciddi xəsarət alan olmayıb.
Əfqanə Məzahirqızı