Əlaqə Arxiv
news Image
2013.01.05
11:15
| A A A
Televiziyada göstərilən bəzi serialların keyfiyyəti olduqca aşağıdır
Rejissorlar yerli telekanal və sponsorlarla əməkdaşlıq etməlidirlər

Azərbaycann televiziya məkanında nümayiş etdirilən bəzi serialların keyfiyyəti olduqca aşağı səviyyədədir. Bu barədə SalamNews-a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib: "Təəssüf ki, serialların çoxu bizi qane etmir. Bununla belə, onların arasında ümidverici işlər də var. Biz bu sahədə irəliləyişə nail olunacağını gözləyirdik. Doğrudur, ümidlərimiz doğrulmadı, lakin bundan qorxmağa dəyməz. İstənilən yaradıcı prosesdə olduğu kimi, bu sahədə də həll edilməli olan müəyyən problemlər mövcuddur. Təbii ki, birdən-birə Türkiyə səviyyəsində seriallar çəkə bilmərik". Onun sözlərinə görə, dövlət hər dəfə yardım göstərə bilməz. Rejissorlar yerli telekanal və sponsorlarla əməkdaşlıq etməlidirlər. MTRŞ sədri bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da seriallara dəyəri tamaşaçılar verir. Serialın səviyyəsi aşağı olduqda, telekanalın reytinqi aşağı düşəcək. Bu səbəbdən, telekanallar özünə səmərə verə biləcək məhsul sifariş etməyə çalışacaq. Sonra isə bu proses bazar tərəfindən nizamlanacaq.

Sizin Reklam Yeriniz